Milli Məclisin yaz sessiyasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarlıması nəzərdə tutulur.
KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib.
A.Mirzəzadə bildirib ki, qanun layihəsi Milli Məclisin iş planına daxil edilib. Onun sözlərinə görə, sənəd komitədə müzakirəyə çıxarılandan sonra onun detalları barədə ictimaiyyətə məlumat veriləcək.
|