Mən şəxsən ABŞ prezidenti Barak Obamadan bu il erməni “soyqırımı” ifadəsini işlətməyi xahiş etdim. KƏLAMİNFO CNN-Türk-ə istinadən xəbər verir ki, bu sözləri İrəvanda təşkil olunan mətbuat konfransında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib.
S.Sərkisyan qeyd edib ki, əsas istəkləri ABŞ prezidenti Barak Obamanın verdiyi mesajı qiymətləndirməsi və “Erməni soyüırımı” sözünü işlətməsidir. S.Sarkisyan həmçinin istək və reallığın fərqli olduğunu da vurğulayıb.
O, Türkiyəni də sözünün üstündə durmamaqda günahlandıraraq Ankaranın İrəvanla yaxınlaşma cəhdlərinə önəm vermədiyini vurğulayıb.
|