Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ingilis həmkarı Devid Kamerunun dəvəti ilə Londona rəsmi səfərə yola düşəcək.
KƏLAMİNFO Türkiyə Baş nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, iki gün davam edəcək səfərdə R.T.Ərdoğan İngiltərə kraliçası II Yelizaveta, baş nazir Devid Kamerun və baş nazirin müavini Nik Kleqlə görüşəcək. Bundan başqa R.T. Ərdoğan İngiltərənin böyük mətbu orqanlarından biri olan “Bloomberg” telekanalına müsahibə verəcək.
|