Martın 30-da Türkiyənin İğdır şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçiriləcək. Türkiyə Azərbaycan Dərnəyindən KƏLAMİNFO-ya verilən məlumata görə, İğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları mövzunda keçiriləcək konfransda hər iki ölkədən olan ziyalılar, Azərbaycan Milli Məclisinin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilsiləri iştirak edəcəklər.
Tədbirdə ermənilərin Azərbaycanın tarixi torpaqlarında xalqımıza qarşı törətdiyi soyqırımla bağlı müzakirələr aparılacaq, həmin hadisələrə həsr olunmuş film nümayiş etdiriləcək. Konfrans çərçivəsində Ermənistanın “Metsamor” AES-nin fəaliyyətinin dayandırılması üçün çağırışlar ediləcək.
|