Martın 29-u Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər
Tədbirdə şairin yeni çapdan çıxan “Seçilmiş əsərləri”nin (7 cilddə) və Milli Kitabxana tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
|