ABŞ Dövlət Departamentinin müsəlman icmaları ilə iş və antisemitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndələri xanımlar Farah Pandit və Hanna Rozental Azərbaycanda səfərdədirlər.
KƏLAMİNFO xəbər verir ki, ölkəmizə səfəri çərçivəsində xüsusi nümayəndələrin Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və gənclərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə fanatizmlə mübarizə yolları müzakirə olunacaq. Bundan əlavə, xüsusi nümayəndələr “2011-Nifrət əleyhinə saatlar” kampaniyasını təqdim edəcəklər.
|