Almaniyanın Maqdeburq şəhərində oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.
Üç min tirajla dövriyyəyə buraxılmış poçt markası bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində hazırlanıb.
|