Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada Türkiyənin xarici işlər nazirinin müşaviri Firudin Siniroğlu ilə görüşüb.
KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, həmçinin Türkiyə və Ermənistanın arasında əlaqələrin hazırki vəziyyəti , Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub. A.Əzimov Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovla da görüşüb.
Görüşdən sonra xarici işlər nazirinin müavini Türkiyənin nüfuzlu qəzetlərindən biri olan “Hürriyet” qəzetinə müsahibə verib.
|