QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin audit olunması ilə bağlı hökumət qarşısında məsələ qaldırb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib.
A.Quliyev təklif edib ki, Şuranın maliyyələşdirdiyi QHT-lərin audit xərcini Şura özü ödəsin. Auditlə bağlı qanunvericiliyin tələbini xatırladan A.Quliyev təşkilatların audit olunması ilə bağlı mənbələrin də tapılmasına ehtiyac olduğunu söyləyib. “Bilirsiniz ki, Şura 5 minlə 20 min manat arasında qrantlar verir. Bu vəsaitin də bir hissəsinin auditə getməsi doğru olmaz”,-deyə A.Quliyev əlavə edib.
|