Aprel ayında Kubanın mədəniyyət naziri Abel Priyeto Azərbaycana səfərə gələcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres verib. Səfir bildirib ki, səfərdə məqsəd Bakıda aprelin 7-9-da keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir.
Qonaq azərbaycanlı həmkarı Əbülfəs Qarayevlə ikitərəfli görüş də keçirəcək. Görüşdə Azərbaycanda Kuba Mədəniyyət Günlərinin keçirilməsi müzakirə ediləcək.
|