Yaxın Şərq və Şimali Afrikaya hücum etsəniz, əhali ayağa qalxacaq və bu bölgə əsgərləriniz üçün məzar olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Yaxın Şərq və Şimali Afrikadakı bəzi ölkələrə hücum üçün bəhanə axtarır, ancaq orda yaşayanlar buna imkan verməyəcək. İran prezidenti həmçinin ABŞ və onun müttəfiqlərinin dünya xalqları arasında ən nifrət edilən dövlətlər olduğunu, onların bəzi ölkələrə müdaxiləyə zəmin hazırlamaq üçün plan və təxribatlar hazırladıqlarını bildirib. “Harada diktator, zülm və xalq əleyhinə rejim varsa, ABŞ həmin ölkəni dəstəkləyir”,-deyə M. Əhmədinejad vurğulayıb.
|