ABŞ bütün dünyanı silkələyən "Wikileaks"a sənəd sızdıranların axtarışını davam etdirir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu əsgər Bredli Menninqə qarşı gizli sənədləri qanunsuz olaraq komputerdən çıxarmaq və başqalarına ötürməklə əlaqədar 22 ayrı iddia irəli sürüb.Menninqə qarşı irəli sürülən ittihamlar arasında düşmənə yardım iddiası da var. Bu ittiham ABŞ qanunlarına görə, edam cəzası ilə nəticələnə bilər.
|