Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası ilə birgə respublikanın müxtəlif rayonlarının polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər.
Keçirilən regional seminarlarda bələdiyyə seçkilərinin ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb etdiyi, səsvermənin mütəşəkkil, demokratik, şəffaf və qüsursuz keçirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, seçki kampaniyası dövründə vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının təmin edilməsinin vacibliyi, icra hakimiyyəti orqanları və polisin seçki prosesinə müdaxiləsi, seçki komissiyaları üzvlərinə təzyiq və təsir göstərilməsinin yolverilməzliyi, habelə ictimai qaydaların pozulması hallarının qarşısının alınmasının zəruriliyi diqqətə çatdırılıb.
Seminarlar Lənkəran, Masallı, Astara Biləsuvar, Şirvan, Saatlı, Sabirabad, İmişli və digər rayonlarda təşkil olunub.
|