Bu il Milli Məclisdə ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qadağaların tətbiq olunması ilə bağlı qanun layihəsi qəbul oluna bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
O, qeyd edib ki, hazırda bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qayda mövcuddur. “Lakin, əksər hallar o qaydalara riayət olunmur. Hazırda parlamentdə qəbul İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdə o qaydalara riayət olunması ilə bağlı maddə mövcuddur. Lakin, əksər millət vəkillərinin də əsas gətirdiyi arqumentlər onu deməyə əsas verir ki, ictimai yerlərdə siqaretin çəkilməsi ilə bağlı ayrıca qanun layihəsi işlənib hazırlansın. Çünki, bəzi ictimai yerlərdə qaydalara zidd olaraq siqaret çəkilməsi insan hüquqlarının pozulması ilə nəticələnir”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, bu məsələ il ərzində parlamentdə müzakirəyə çıxarıla bilər.
|