Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün keçirilən növbəti imtahanın nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
İmtahan stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 118 həkim iştirak edib. İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. Növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə olacaq. Həkimlərin sertifikasiya prosesinə bu ilin yanvar ayından başlanılıb. Artıq nazirlik 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
|