Fevralın 26-da Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunan konfrans təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türkiyənin Bakıdakı səfirliyindən veriblər.
Konfransda səfir Hulusi Kılıç, Birinci Dünya müharibəsi, 1915-ci il hadisələri və erməni fəaliyyətləri ilə məşğul olan professor Hikmət Özdəmir və Azərbaycan rəsmiləri iştirak edəcəklər.
Sonda mətbuat konfransı təşkil olunacaq.
|