Bu gün Təhsil Nazirliyində II Respublika Muğam Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təşəbbüsü ilə keçirilib.
Müsabiqədə I yer Aytən Məhərrəmova: 5000 manat, II yer Ehtiram Hüseynov: 3000 manat, III yer isə Nişanə Baxşəliyeva 1000 manat layiq görülüblər. Təhsil Nazirliyi əlavə olaraq I yer üçün 2000 manat, II və III yeri tutanlara isə ayrı-ayrılıqda 1500 manat pul mükafatı təqdim edib.
Müsabiqədə ümummilikdə 40-a yaxın şəxs iştirak edib.
Qeyd edək ki, qaliblər mart ayında Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalında iştirak hüququ qazanıblar.
|