Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərini izləmək üçün 411 nəfər müşahidəçi Mərkəzi Seçki Komissiyasından (MSK) qeydiyyatdan keçib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər.
Dairə Seçki Komissiyalarından (DSK) qeydiyyatdan keçənlərin sayı isə 4621 nəfər olub. Bunlardan 1999-u partiya təmsilçiləri qalanları isə müstəqil müşahidəçilərdir.
Qeyd edək ki, müşahidəçilərin qeydiyyatı MSK-da seçkiyə 10, DSK-da isə 5 gün qalmış başa çatacaq.
|