Xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı planlaşdırılıb.
|