Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Türkiyə Elmlər Akademiyasının Arxeologiya Bölməsinin professoru, tanınmış arxeoloq Mehmet Özdoğanla görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Görüşdə M.Özdoğan “İlkin sivilizasiyaları əks etdirən Anadolunun arxeoloji mədəniyyətləri” mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, M.Özdoğanın Azərbaycana səfəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alimlər Şurasının dəvəti ilə reallaşacaq.
|