Bu gün ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberqin Ermənistan, Gürcüstan, Azərbaycan, Albaniya və Bosniya və Herseqovinaya səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.
C.Steynberi səfər çərçivəsində Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin müavini Filip Qordon müşayiət edəcək. Onun bu gün İrəvanda, sabah isə Bakıda olması gözlənilir. Səfər zamanı Azərbaycan prezidenti və digər ölkələrin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizliyə dair məsələlər müzakirə olacaq.
Səfərin fevralın 26-a qədər davam edəcəyi planlaşdırılır.
|