Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis Ermənistana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, İrəvanda Gedryus Çakuolisin Ermənistanın rəhbərliyiylə görüşləri planlaşdırılıb.Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə ediləcək. G. Çakuolisin Ermənistana səfəri sabah başa çatacaq.
Xatırladaq ki, G. Çakuolis fevralın 21-22-də Azərbaycanda səfərdə olub. Bu, onun xüsusi nümayəndə qismində Cənubi Qafqaza ilk səfəridir.
|