Fevralın 25-də Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.
KƏLAMİNFO Rusiya prezidentinin saytına istinadən xəbər verir ki, görüş S. Sarkisyanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq. Prezidentlərin Dağlıq Qarabağ münaqişəsini həlli prosesini də müzakirə edəcəkləri gözlənilir.
|