TRT kanalının Bakı nümayəndəliyi Xocalı faciəsinə həsr edilmiş 30 dəqiqəlik “Eşidin artıq” adlı film çəkib. Bu barədə KƏLAMİNFO-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Filmin təqdimtının sabah Türkiyənin Bakıdakı səfirliyində keçiriləcəyi bildirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəyərcan, parlamentin üzvləri və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
|