ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq fevralın 24-də Bakıya gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. "ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Tbilisidən Bakıya gələcək",-deyə səfirlikdən bildirib.
Qeyd edək ki, Ceyms Staynberq Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda da olacaq. ABŞ dövlət katibinin birinci müavini C.Staynberqin səfərinin məqsədi martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü ilə bağlıdır.
|