ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdə ATƏT məkanında həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
ATƏT sədri qeyd edib ki, bu məsələ Litvanın ATƏT-ə sədrliyi dövründə fəaliyyətinin əsas prioritetlərindən biridir.
A.Ajubalis ATƏT-in Minsk Qrupu həmsədrlərinin prosesdə aktiv iştirakının münaqişənin tənzimlənməsində mühüm rol oynadığını vurğulayıb.
|