Fevralın 19-da Azərbaycan Dillər Universitetinın (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər.
Gorüşdə ADU-nun rektoru Səməd Seyidov və universitetin professor-müəllim heyəti iştirak edəcək. Səfir M.Labenda öz ölkəsi haqda təqdimatla çıxış edəcək. Tədbir bədii hissə ilə başa çatacaq.
Qeyd edək ki, bu görüş 2011-ci ildə “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində ilk görüşdür.
|