NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq, Azərbaycan hərbçiləri fevralın 19-dan 29-dək Oberammerqauda (Almaniya) NATO akademik təlimatçılar kursun çərçivəsində təlimatçı qismində iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Fevralın 21-25-də isə yenə həmin şəhərdə Akademik təlimatçılar kursu olacaq.
Fevralın 21-də Ankarada Silahlı münaqişə hüququ kursu başlanacaq. Fevralın 28-dən martın 11-dək isə Budapeşt şəhərində müəllimlər üçün hərbi terminologiya kursu təşkil olunacaq.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən fevralın 28-də İzmir şəhərində Döyüş sursatlarını məhvetmə kursu, fevralın 20-dən martın 11-dək isə Ankarada Qoruma-təhlükəsizlik kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
|