Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti 2012-ci ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına (ÜRK) hazırlıq toplantısında iştirak edir.
İsveçrənin Cenevrə şəhərində başlanan hazırlıq toplantısı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunub. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə peyk rabitəsi, radioteleviziya yayımı, eləcə də radiotezliklərlə əlaqədar ÜRK-2012-də baxılacaq məsələlər və ölkələrdən daxil olan təkliflər müzakirə ediləcək.
Toplantı fevralın 25-dək davam edəcək.
|