Bu gün Misir prezidenti Hüsnü Mübarək ölkədə hakimiyyətin dinc yolla ötürülməsi barədə dəqiq zaman çərçivələrinin əks olunduğu plan hazırlanmasına dair göstəriş verib.
KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Misirin vitse-prezidenti Ömər Süleyman bildirib ki, ölkə başçısı əldə edilmiş razılaşmalara uyğun olaraq hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə dair dəqiq “yol xəritəsi” hazırlanmasını istəyib. Bundan başqa, Konstitusiya islahatı və qanunvericilik sahəsində dəyişikliklərlə məşğul olacaq Konstitusiya komissiyası da yaradılacaq.
|