Rusiya ilə İran arasında Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun layihəsi barədə danışıqlar aparılıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Dəmiryol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədi bildirib.
O, qeyd edib ki, Rusiya ilə əməkdaşlıqda dəmir yollarının yenidən qurulması, ikitəkərli dəmir yollarına keçid, Təbriz-Azərşəhr qolunun elektrikləşdirilməsi və ölkənin dəmir yollarının modernləşdirilməsi nəzərdə tutulub. “Bu gün Rusiya İranla bu ölkədəki bəzi dəmir yolları qollarının elektrikləşdirilməsi üzrə əməkdaşlıq edir. Artıq Rusiya əməkdaşlığı genişləndirməyə və Azərbaycadan keçən bu xəttə investisiya qoymağa hazırdır”,-deyə o, əlavə edib.
|