Nazirlər Kabineti Dövlət Miqrasiya Xidmətində (DMX) qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını təsdiq edib.
Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanları ilə Xidmətin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına təmin ediləcəklər.
Qərara görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması 1 ildən 4 ilədək, fərqlənmə nişanları isə ali, böyük və orta xüsusi rütbəsi olan işçilərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.
|