Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2011-ci il üçün xərclər smetası”nı təsdiq edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minib.
Nazilər Kabinetinin qərarına əsasən Şuranın Katibliyinə 2011-ci il üçün ümumilikdə 719 000 manat vəsait ayrılıb. Bura ştatda olan işçilərin əməkhaqqı, ştatdankənar işçilərin əməkhaqqı, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri, dövlət sosial müdafiə fonduna ayırmalar, həmçinin mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı xərclər daxildir.
|