Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz və hüquq layihəsi üzrə məsləhətçi Dr. Falk Bomsdorf Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüb. Bu barədə KƏLAMİNFO-ya Ali Məhkəmədən məlumat verilib. Görüşdə kollegiya sədri Ali Məhkəmədə cinayət və cinayət prosessual hüquq sahəsində müxtəlif seminar və tədbirlərin keçirilməsini və bu sahədə Almaniya ilə təcrübə mübadiləsinin yaradılmasının əhəmiyyətindən danışıb. Həmçinin əməkdaşlığın konkret prioritetləri müəyyənləşdirilib. Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa xüsusi önəm verdiklərini və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulayıb.
|