Fevralın 4-də Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan döyüşçüsü” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənc Tamaşaçılar Teatrından veriblər.
Kitabın müəllifi Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Konqresinin Asiya ölkələri üzrə müavini Yəhya Yusif Canıyardır.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Kitabın təqdimatı Mübariz İbrahimovun doğum gününə ithaf olunur.
Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci ilin fevralın 7-də doğulub.
|