Daxili işlər orqanları tərəfindən gün ərzində qeydə alınan 31 cinayət faktından 20-nin, həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin üstü açılıb. Bu barədə məlumatı KƏLAMİNFO-a Daxili İşlər Nazirliyindən (DİN) veriblər.
AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölkədə 8 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər yaralanıb.
Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.
|