“Azərbaycan və NATO əlaqələri yüksələn xətlə inkişaf edir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri general-mayor Karlos Branko bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin bir sıra digər birgə layihələrdə, o cümlədən hərbçilər üçün keçirilən treninqlərdə və müdafiə sahəsinə dair islahatlarla bağlı layihələrdə fəal iştirak edir. “Cari ilin fevral ayında da treniqlərin keçirləcək. Bu layihələr gələcəkdə də davam etdiriləcək. Artıq NATO-nun yeni strateji konsepsiyası çərçivəsində əməkdaşlığımızı daha da genişləndirmək və dərinləşdirmək üçün yeni imkanlar yaranıb”,-deyə general vurğulayıb.
|