Bu gün Muzey Mərkəzində prezident İlham Əliyevin Sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin təltif olunma mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Təltif olunanlar arasında qocaman sənətkarlarla yanaşı, gənclər də yer tutub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova ilə növbəti il üçün əməkdaşlıq Sazişi də imzalayıb.
|