Səhiyyə Nazirliyi yanvarın 26-da keçirdiyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci - müsahibə mərhələsinin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçiblər.
|