Səhiyyə Nazirliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının və onun Şəki bölməsinin iştirakı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər.
Aksiya zamanı 230 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
|