Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis bu il martın 14-də Azərbaycana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu, Litvanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri kimi regiona ilk səfəri olacaq.
Səfər ərəfəsində rəsmi Bakı ilə həm ATƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Danışıqlarda əsas diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, münaqişənin həllində Litvanın ATƏT-in sədri kimi səylərinə yönəldiləcək.
|