Rusiya prezidenti Dimitri Medvedev Domodedovadakı terror aktının baş vermə səbəbini təhlükəsizlik sistemindəki boşluqların olmasıyla əsaslandırıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev qeyd edib ki, baş verən hadisənin qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilən terror olması aşkardır.
D.Medvedev terrorun baş verməsində mühafizə sektorunun işini də zəif qiymətləndirib. O, ictimai yerlerdə mühafizə işinin gücləndiriləcəyini bildirib. Bu tədbirlərlə bağlı Rusiya Prezidenti Davosdakı İqtisadi Foruma qatılmayacağını da bəyan edib.
|