Yanvarın 28-də “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün 5 iştirakçıdan 3-ü müəyyənləşəcək. KƏLAMİNFO xəbər verir ki, dünəndən etibarən finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər.
Hazırda 5 iştirakçı Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal 3-lüyə düşmək uğrunda mübarizə aparır.
|