Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb.
KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu həmçinin İranın Milli Təhlükəsizlik Komitəsinin baş katibi Səid Cəlillə də görüşüb. Ə.Davudoğlunun sözlərinə görə, hər iki görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, İran yanvarın 21-i və 22-si İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirməyə razı olduğun bildirib.
|