Qadınlar və yetkinlik yaşına çatmayan uşaqlar üçün yeni təcridxanaların tikintisi planlaşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ədliyyə nazirinin müavini Nazim Ələkbərov verib.
N.Ələkbərov Bakı İstintaq Təcridxanasının cari ilin may ayında istifadəyə verildiyini, ikinci hissənin isə ilin sonuna kimi istifadəyə veriləcəyini vurğulayıb. 2010-cu ildə Azərbaycanda qarışıq rejimli təcridxanaların inşasının başa çatdırılmasının planlaşdırıdığını vurğulayan N.Ələkbərov Kürdəmir, Lənkəran, Gəncə və digər bölgələrdə də 2012-2013-cü ildə təcridxanaların tikilməsinin nəzərdə tutulduğunu bildirib. N.Ələkbərov həmçinin şəhərin mrkəzində olan təcridxanaların da köçürülməsinin nəzərdə tutulduğunu vurğulayıb.
|