Azərbaycanın işğal olunmuş rayonlarında erməni ordusunun hərbi quluqçusu öldürülüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, öldürülən hərbiçi baş leytenant Ovannes Sukiasyandır.
Ermənistan mətbuatı qeyd edir ki, hərbiçi tabeliyində olan əsgərlər tərəfindən qətlə yetirilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hadisəni təsdiqləsə də, O.Sukiasyanın ölümü barədə təfərrüatları yaxın saatlarda bəyan edəcəklərini bildirib.
|