Ötən gecə Azərbaycanın cənub bölgəsində zəlzələ qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Seysmoloji Xidmət Mərkəzindən veriblər.
Zəlzələnin episentri Biləsuvar rayonun cənub hissəsində qeydə alınıb.
Titrəyiş yerli vaxtla saat 01.58-də qeydə alınıb. Zəlzələnin episentrində titrəyiş rixter şkalası üzrə 3,1 bal gücündə olub. Ümumi dərinlik 40 kilometr qeydə alınıb.
|