Yanvarın 21-də Heydər Əliyev sarayında dahi rus bəstəkarı İqor Stravinskinin “Müqəddəs Bahar” baletinin musiqisi əsasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeni layihə - tamaşa-balet göstəriləcək.
Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm NAzirliyinin mətbuat xidmətindən veriblər.
Layihə nazirliyin təşkilati dəstəyi ilə baş tutacaq. Tamaşa- baletin quruluşçu baletmeysteri Rusiya Balet Akademiyasının professoru Edvard Smirnovdur. Tamaşada Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri də iştirak edəcəklər.
|