Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə Ana Vətən Partiyasının yekun olaraq təqdim etdiyi ümumilikdə 1000 namizəddən 412 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyanın mətbuat xidmətindən veriblər.
İrəli sürülən namizədlər həm partiya xətti, həm də partiya mənsubiyyəti göstərilməklə fərdi qaydada təqdim olunub. Bunlardan 120 nəfər partiya xəttilə, 292 nəfər isə fərdi qaydada irəli sürülən namizədlərdir. Partiya tərəfindən seçkilərdə iştirakı rəsmi qeydə alınan namizədlərin ümumilikdə 10%-i qadınlar, 30%-i isə gənclər təşkil edir. Partiya bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayacaq. Bununla əlaqədar AVP sədri, millət vəkili Fəzail Ağamalı partiyanın yerli təşkilat sədrləri ilə görüş də keçirib.
|