Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasının müzakirələrinə təxminən 6 qanun layihəsi təqdim olunacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində komitənin sədr müavini Musa Quliyev bildirib.
O, qeyd edib ki, bu qanun layihələrinin üzərində işlər aparılıb və müzakirəyə çıxarılması planlaşdırılıb. “Bura “Sosial xidmət haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ailə həkimi haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi daxildir”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, il ərzində daha bir neçə qanun layihəsinin də komitə tərəfindən parlamentin müzakirəsinə çıxarılması gözlənilir.
|